İspaniyanın paytaxtı Madriddəki xəstəxanaların birində toy baş tutub. Maraqlıdır ki, COVID-19-la bağlı yasaqlara baxmayaraq, 14 ilin sevgililəri, nəhayət ki, rəsmi nikaha giriblər.

SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Maraqlıdır ki, nikaha girənlərin- gəlin Rosarionun 62, bəy Fernandonun isə 70 yaşı var. Onlar uzun illər bir yerdə yaşasalar da, ancaq indi Fernandonun reanimasiyaya düşdüyü gün evlənmək qərarına gəliblər.

“Heç vaxt, doğrudur mən istəsəm də, ondan evlənmək təklifi almamışam. Amma bir həftə əvvəl mənə “WhatsApp”la evlənmək təklifi göndərdi. Müsbət cavab verdim. İndi çox xoşbəxtəm. Çünki bütün ömrüm boyu onun kimi həyat yoldaşı olmasını istəmişəm”. Bunları gəlin deyib.

Maraqlıdır ki, rahibin iştirakı ilə kecirilən toy mərasimindən sonra Rosario Fernandonun tezliklə sağalacağına və birlikdə evlərinə gedəcəklərinə inandığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə