Misirdə gəlin toyundan bir neçə saat əvvəl ürək tutmasından ölüb. Hadisə ölkənin mərkəzi hissəsindəki Beni Suef əyalətində baş verib.
SİA xəbər verir ki, bu barədə Misirin "Youm7" nəşri xəbər yayıb.
Nəşrin yazdığına görə, 28 yaşlı gəlinin yaxınları onu öz otağında huşsuz vəziyyətdə tapıblar.
Uzun müddət otaqdan çıxmayan və yaxınları tərəfində qapının döyülməsinə belə reaksiya verməyən gəlinin ölümünə səbəb ürək tutması olub.
Yeri gəlmişkən bildirək ki, toyla bağlı başqa bir faciə bu yaxınlarda Hindistanda yaşanıb. Xəbəri hind mediası yaıb.
Belə ki, uzun müddət bir gənclə münasibətdə olan qız valideynlərinin təhriki ilə başqasına nişanlanıb. Hadisədən xəbər tutan birinci sevgili qızla olan şəkillətini sosial mediada paylaşıb.
Bacısının başqa bir nəfərlə şəkillərini görən qardaş toya bir gün qalmış onu öldürüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB