Retrodizayn stilində hazırlanmış diskofon və ya "nənəfon" texnovsitələrlə maraqlananlar arasında populyarlığının pik həddinə çatıb. SİA vesti.ru-ya istinadən xəbər verir ki, bu aparatı hələ ötən il mühəndis Jüstin Haput nümayiş etdirmişdi. Gənc qızın özü sözügedən avadanlığı düyməsiz şəkildə və ekransız halda yığıb, ardınca isə YouTube kanalında bir saatlıq çarxında yayımlayıb.
Rəy yazanlardan isə məlum olub ki, bir çox insanlar dəbli qadjetlərdən imtina edərək sadə avadanlıqdan istifadə etməyə hazır olduqlarını bildiriblər.
Maraqlıdır ki, mühəndis xahişləri nəzərə alaraq diskofon istəyənlərə "özün düzəlt" təklifini irəli sürüb. Əgər insanlar özləri onu düzəltmək qərarını versələr, diskofon 390 ABŞ dollarına başa gələ bilər.
Daha bir maraqlı məqam budur ki, sözügedən rabitə avadanlığı 2G, 3G və 4G-ni dəstəkləyir. Disklə yanaşı, retrotelefonun tez nömrə yığımı üçün iki düyməciyi, eləcə də xarici antennası var. O cümlədən, istənilən operator şəbəkəsinin SİM-kartını istifadə etmək mümkündür. Lakin hər şeyə rəğmən, onun ekranı var, hətta iki ekrana malikdir: biri frontal OLED, digəri isə SMS oxumaq üçün. SMS-ləri qəbul etmək mümkün olsa da, onları göndərmək mümkünlüyü yoxdur.
Artıq bu telefondan istifadə etmək istəyənlər onu "nənəfon" da adlandırmağa başlayıblar.
Videoya aşağıdakı linkə daxil olmaqla 2:53-cü dəqiqəsində baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=TgFHAQ3Pe1s
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB