Yeni doğulacaq uşağını satışa çıxaran qız həbs edilib

“Moskvada yeni doğulacaq uşağını satmağa cəhd edən 24 yaşlı qıza qarşı məhkəmə prosesi keçiriləcək”. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ilin noyabr ayında Moskva sakini olan qız yeni doğulacaq uşağını 500 min rubla satılması üçün internetdə xəbər yayımlayıb.

Beləliklə, rus polisinin nəzarəti altında özünü alıcı kimi təqdim edən moskvalı bir gənc alqı-satqı məqsədilə kafedə qızla görüşüb. Pulu aldıqdan sonra hadisə yerində həbs edilən gənc qıza qarşı cinayət işi açılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə