Koronavirusdan sağalan xəstələrin saçı tökülür Akademik

Rusiyadakı Seçenov Universitetinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçka, koronavirusla bağlı daha bir gözlənilməz nəticəsini açıqlayıb. SİA rus mediasına istinadən xəbər verir ki, Qlıboçka koronavirusdan sağalan hər beş xəstədən birinin saç tökülməsindən şikayət etdiyini bildirib.

Yorğunluq, yuxu pozğunluğu, nəfəs darlığını sağalandan sonra belə xəstətlər üçün adi hal kimi dəyərləndirən rusiyalı akademik, xəstəliyə yoluxmuşların 50-70 faizində qoxu və dad hissinin itdiyini, sağaldıqdan sonra belə əksər xəstələrdə bu təzahürlərin, ümumiyyətlə, yox olduğunu bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə