Hava taksiləri hazırlandı Rusiyada

Rusiya akkumulyatorla işləyən təhlükəsiz hava taksiləri hazırlayıb. SİA Rusiyaya məxsus RenTV-yə istinadən xəbər verir ki, Rusiyada üç yüz kiloqrama qədər ağırlığı yüz əlli metr hündürlüyə qaldırmağa qadir olan bir dron hazırlanıb.
Qeyd olunur ki, bu dron taksi, iki sərnişin üçün hesablanıb. Bildirilir ki, hava taksisi sərnişinlərini ekoloji cəhətdən təmiz, eyni zamanda təhlükəsiz şəraitdə, yüz kilometrə qədər məsafədə daşıya bilər. Həmçinin nəzərə çatdırılır ki, pilotsuz uçuş aparatı qoruyucu kapsulla təchiz olunmuşdur və akkumulyatordan “qidalanır”.
Dron taksinin hər hansı şəkildə qəza vəziyyəti nəzərə alınaraq sərnişinlər üçün paraşütlər də nəzərə alınıb. Dron taksinin kifayət qədər kompakt olması diqqət çəkir və standart olan bir park yerində olduqca rahat enir.
Xatırladılır ki, layihə Hover startapı tərəfindən hazırlanıb və müəlliflər əmindir ki, onların əməyi yaxın gələcəkdə yerüstü magistral yolları boşaltmağa qadirdir.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz.

https://ren.tv/news/sekretnye-materialy/795470-v-rossii-razrabotali-bezopasnoe-vozdushnoe-taksi-na-akkumuliatorakh

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə