İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Ceff Bezosu qabaqlayıb

"Tesla" və "SpaceX" kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb. SİA "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb. Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır. O, 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə