Şəffaf qoruyucu maskalar MARAQLI YENİLİK

Koronavirusdan mühafizə qabiliyyətli bu şəffaf maska bir növ bütün dünyanı özünə cəlb edib. SİA Fransanın Le Figaro nəşrinə istinadən xəbər verir ki, insanların üzündəki təbbəsümü belə gizlətməyən bu şık və nəfəs alma imkanlarını artıra bilən yeni şəffaf maska, eyni zamanda rahat və qorunma üçün daha etibarlıdır.

Nəşrin məlumatına görə, maskanı alanların 98% -i bu maskanı 5 ulduz reytinqi ilə qiymətləndirib və bu səbəbdən niyə bu qədər populyar olduğunu da anlamaq çətin deyil.

Kimlər maska taxmağa nifrət edirlərsə, nəzərə alsınlar ki, kağız və parça maskalar, cərrahi maskalar üzün çox hissəsini əhatə edir deyə belə bir təəssürat yaranır. Gündəlik işi, insanlar qarşısında danışmağı çətinləşdirdiyi üçün belə hiss formalaşdırırlar onlar. Köhnə maskalar isti və havasız olur, həm də nəfəs almağı çətinləşdirirlər. Eləcə də, belə parça maskalar cəhalət, təcrid, anlaşılmazlıq, məyusluq və hətta depressiya yaratdığı halda bu şəffaf maskalar tamamilə fərqli təəssürat yaradırlar.

Bu səbəbdən peşəkar dizaynerlər qrupu maskaların yaratdığı problemləri aradan qaldırmaq, rahat və sərfəli bir həll yolu tapmaq üçün məsələni araşdırıblar. Hazırda yenilikçi, yeni məhsulun mənzillərə çatdırılmaqla satışı təklif olunur.

Bəs bu maskalara nə adı verilib? “Cleanshield” adlanan bu şəffaf maskalar, artıq boğulmaları birdəfəlik aradan qaldırıb. Onlar, maskalarını bu möhtəşəm aydın, şəffaf maskalarla dəyişdirmiş on minlərlə istifadəçi arasında tanınmağa başlanıb. Təəccüblü deyil ki, bu aydın, şəffaf üz qalxanı ilə həyat daha əyləncəli görünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə