Sassuolo” – “Milan” matçında İtaliya çempionatları tarixinin ən erkən qolu vurulub
Futbol üzrə İtaliya A Seriyasının 13-cü turu çərçivəsində keçirilən "Sassuolo" – "Milan" matçında sözügedən çempionatın tarixinin ən erkən qoluna imza atılıb.
SİA xəbər verir ki, qonaq komandanın futbolçusu Rafael Leao 6-cı saniyədəcə rəqib qapısına yol tapmaqla rekorda imza atıb.
O, Hakan Çalhanoğlunun ötürməsini dəqiq zərbə ilə yekunlaşdırıb. Qarşılaşma isə "Milan"ın 2:1 hesablı qələbəsiylə bitib.
Bundan əvvəlki rekord "Pyaçentsa"nın futbolçusu Paolo Pocciyə aid idi. O, 2001-ci ilin yanvarında "Fiorentina" ilə matçın 8-ci saniyəsində rəqib qapısına yol tapmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB