"Google" tərcümədə səhv edirmi? - MARAQLI

"Google" translate-də istifadəçilər populyar bir ifadənin qeyri-adi bir tərcüməsini fərq ediblər. SİA-nın verdiyi məlumata görə, ingilis dilindəki bir mətn sırasına "Təşəkkür edirəm, cənab Prezident"i daxil etsəniz xidmətdə "Təşəkkür edirəm, Vladimir Vladimiroviç" yazısı görünəcəkdir.

Belə tərcüməni məhz böyük hərflər və durğu işarələri qorunmaqla etmək mümkündür. Əks təqdirdə, tərcümə fərqli olacaq. Bəs bu necə baş verib. "Google" translate məhz belə yazılışı niyə fərqli tərcümə edir?

Tərcümə çətinliyi Vladimir Putinin mətbuat konfransından bir neçə saat sonra üzə çıxıb. Google rəsmiləri istifadəçilərin bu "tapıntı"sına şərh verməkdə hələlik çətinlik çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə