Elmi ekspedisiya qrupu Boliviyada elmə məlum olmayan 20 heyvan və bitki növü aşkar edib

Elm adamlarından ibarət ekspedisiya Boliviyanın And dağ silsiləsində elmə məlum olmayan 20 heyvan və bitki növü aşkar ediblər.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “Conservation International” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

Bildirilib ki, onların sayı tükənmək üzrədir.

Alimlərin ekspedisiyasına “Conservation International”ın proqram rəhbəri Trond Larsen və Boliviyanın paytaxtı La-Pas yaxınlığında Yerli təbiəti qoruma şöbəsinin müdiri Klaudia Kortez rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə