Niderland arxeoloqları 20 insan skeletinin olduğu kütləvi məzarlıq aşkarlayıblar

Niderland arxeoloqları 20 insan skeletinin olduğu kütləvi məzarlıq aşkarlayıblar. SİA xəbər verir ki, bu barədə "NU.nl" qəzeti yazıb. Məzarlıq torpaq işləri zamanı Vianen şəhəri yaxınlığında orta əsrlərə aid Beytşteyn qalasının ətrafında aşkar edilib. Bildirilir ki, insan qalıqlarının arasında hər hansı bir parça və ya zərgərlik əşyasının izinə rast gəlinməyib. Ad - 00:04 ƏTRAFLI Project GLO Yerli bələdiyyə sədri Krista Hendriksen tapıntıdan "təəccübləndiyini" deyib. Onun sözlərinə görə, bəzi skeletlər üst-üstə yığılıb. "Bunun tarixi bir tapıntı olduğu aydın görünür. Skeletlər son Orta Əsrlərdən bir neçə əsr əvvələ təsadüf edir", - deyə Hendriksen bildirib. Mütəxəssislər ərazidə başqa qalıqların tapılacağını istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə