Hollivud ulduzları futbol klubu aldı

Hollivud ulduzu Rayan Reynolds və Rob Makelnenni İngiltərə Milli Liqasında mübarizə aparan dünyanın ən qocaman klublarından birini – “Reksem”i satın alıblar.

SİA xəbər verir ki, bu barədə kanadalı aktyor Rayan Reynolds məlumat yayıb.

O, amerikalı həmkarı Rob Makelnenni ilə birgə İngiltərə 5-ci liqasında mübarizə aparan “Reksem”i satın aldıqlarını bəyan edib. Hollivud ulduzları bunun üçün 2.5 milyon dollardan keçiblər.

Dünyanın ən yaşlı klublarından olan “Reksem” 156 il öncə yaradılıb. Reynolds bu klubu “yatmış div” adlandırıb və gələcəklə bağlı planlarını açıqlayıb.

Qeyd edək ki, “Reksem” Uelsin eyniadlı şəhərini təmsil edir. Lakin bu ölkənin digər bütün klubları kimi, bu komanda da məhz İngiltərə çempionatlarında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...