Vikinqlərin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilib...
...Qeteborq Universitetinin isveçli alimləri Vikinqlər dövründə skandinaviyalıların sağlamlığı ilə bağlı yeni detallar açıqlayıblar. Ən müasir texnologiyadan istifadə edən tədqiqatçılar, dövrün insanlarının xroniki sinus və qulaq infeksiyaları, osteoartrit, ciddi diş eləcə də çənə problemləri də daxil olmaqla bir sıra sağlamlıq vəziyyətlərindən əziyyət çəkdiyini aşkar etdilər.
SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri BDJ Open elmi jurnalında dərc olunub.
Təhlil üçün elm adamları kompüter tomoqrafiyasından istifadə edib və eramızın 8-11-ci əsrlərində yaşamış 20-60 yaş arası böyüklərə məxsus 15 kəllə sümüyünü tədqiq ediblər.
Qeyd edək ki, bütün qalıqlar İsveçin qərbində bir çox qədim məzarlığı ilə tanınan Varnhem bölgəsində tapılıb.
Bu unikal təhlil bizə Vikinqlərin gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər haqqında dəyərli fikir verir. Araşdırmanın rəhbəri Karolin Bertilssonun sözlərinə görə, o dövrün insanlarının müasir tibbi xidmətlərə, ağrıkəsicilərə və ya antibiotiklərə çıxışı yox idi.
İnfeksiyalar, əgər inkişaf edərsə, bir insanı uzun illər narahat edə bilər, bəzən ciddi nəticələrə səbəb ola bilərdi. Tədqiqatçılar əmindirlər ki, onların işi keçmişdə insanların həyat və əzablarını daha dərindən dərk etməyə kömək edəcək, həmçinin arxeoloji tapıntılarla işləmək üsullarını təkmilləşdirəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə