Mühərriki 5 dəqiqədən artıq qızdıranlar cərimə olunacaq..?

Yaşayış binasının həyətində avtomobil mühərrikinin uzun müddət qızdırılması inzibati məsuliyyətə səbəb ola bilər.

SİA rus saytlarına istinadən xəbər verir ki, vəkil Yelena Kuderkonun sözlərinə görə, belə qanun pozucuları Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.28-ci maddəsinə uyğun olaraq 1500-dən 3000 rubla qədər cərimə edilir.

Avtomobilin mühərriki beş dəqiqədən çox işləyirsə, hüquq-mühafizə orqanlarının əməkdaşları pozuntu haqqında protokol tərtib etmək hüququna malikdirlər.

Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə yoxlamalar daha sərtdir, Norilsk və Yakutsk kimi şimal bölgələrində isə bu cür tədbirlər daha az tətbiq olunur.

Cərimələrdən yayınmaq üçün hüquqşünas nəqliyyat vasitələrini yaşayış binalarının pəncərələrindən kənarda saxlamağı tövsiyə edir.

Həmçinin, avtomobili qızdırmaq lazımdırsa, bunu yalnız yola düşməzdən əvvəl etmək daha yaxşıdır.

Pozuntuların ümumi səbəblərindən biri avtomobilin əvvəlcədən isitmə sisteminin istifadəsidir və taymerin 5 dəqiqədən çox təyin edilməməsi vacibdir.

Kuderko “Prime” xəbər agentliyi ilə söhbətində qeyd edib ki, qonşular və yoldan keçənlər qayda pozuntusu barədə yol polisinə məlumat verə bilərlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə