Ürəyin yalnız beyin tərəfindən idarə olunduğu fikri alimlər tərəfindən edilən təəccüblü kəşflə dəyişir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İsveçin Karolinska İnstitutu və ABŞ-ın Kolumbiya Universitetinin elmi tədqiqatçıları ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər.
"Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.
Uzun illər ürəyin beyinlə əlaqəli avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Ancaq araşdırmalar göstərib ki, ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən çox daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.
"Beyin nəfəsalma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, bu mini beyin də ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır" deyib Karolinska İnstitutunun dosenti Konstantinos Ampatzis.
Bütün xəbərlər Facebook səhifəmizdə