Yerli media yazır ki, Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa yox olmaq ərəfəsindədir. Bu, çayların daşqınlarının tezliyinin artması ilə əlaqədardır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu yerli media yazır.
Qeyd edilir ki, Konqo çayının daşqınları artıq 1961-ci ildə kritik həddə çatmışdı. Amma o andan belə hallar hər on ildən bir baş verməyə başladı. 2019-cu ildən isə bu interval qısalıb - sonuncu dəfə Kinşasada 2023-cü ildə daşqın olub.
Senator Didier Mumenqi, Kinşasanın yoxa çıxdığı apokaliptik vəziyyətə səbəb olan daşqınların artması riskinin olduğunu göstərib. Onun sözlərinə görə, ölkə rəhbərliyi bu problemə diqqət yetirməli və 2036-cı ilə qədər paytaxtın şəhərsalma planını hazırlamalıdır.
Xatırladaq ki, bu gün Kinşasada 18 milyona yaxın insan yaşayır. Demoqrafların hesablamalarına görə, 2050-ci ilə qədər orada əhalinin sayı 35 milyon nəfərə çatacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB