…Əgər boşanmaq istəyirlərsə, ər-arvadın həmişə buna imkanı olmur. Məhkəmənin ərizəni təmin edə bilməyəcəyi bir sıra hallar var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusiyalı vəkil Anna Arjannikova danışıb.
Deməli, Rusiyada, bir qayda olaraq, insanlar 25-35 yaşlarında ailə qururlar və ən çox isə 30-35 yaşlarında boşanırlar.
Lakin…əgər arvad boşanmanın əleyhinədirsə, ya bir yaşınadək uşağı saxlayırsa, həyat yoldaşının boşanma ərizəsi vermək hüququ yoxdur.
…Amma qadın boşanma təşəbbüsü ilə çıxış edirsə, onun hamilə olub-olmaması və ya bir yaşınadək uşaqlarının olub-olmamasının fərqi yoxdur. Onun qərarına əsasən nikah pozulacaq.
Vəkil, həmçinin əlavə edib ki, uşaq bir yaşına çatdıqdan sonra uşaq əlil olsa belə, istənilən vaxt boşanma ərizəsi verilə bilər.
Bundan əlavə, ərizəyə baxarkən məhkəmə prosesi təxirə sala və ər - arvadın ərizə verməsi üçün üç ay müddət təyin edə bilər.
…Bu müddət ərzində məhkəmə bir neçə dəfə təxirə salına bilər. Əgər məhkəmə ər-arvadın barışması üçün vaxt veribsə, bu qərardan apellyasiya və kassasiya qaydasında şikayət verilə bilməz.
Bunu da vəkil vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB