Düzgün olmayan asqırma beyinə necə zərər verə bilər..?

Yanlış asqırma, selikli qişanın eşitmə borularına daxil olmasına və bunun da qulaq pərdəsinin perforasiyasına səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, özofagusun və ya hətta beynin zədələnməsi ilə bağlı digər risklər də var.

Rusiyalı fizioterapevt Svetlana Malinovskaya NEWS.ru-ya müsahibəsində bu barədə xəbərdarlıq edib.

Mütəxəssisin fikrincə, ağzı açıq asqırmaq düzgündür və burnunuzu bağlamaq cəhdi qan damarlarının zədələnməsi və beyin anevrizması kimi nəticələrə səbəb ola bilər.

O qeyd edib ki, asqırarkən hava burundan saniyədə 120 metrə qədər sürətlə çıxır, daxili divarlara təzyiq isə 100 millimetr civəyə çata bilir.

...Heç bir halda daha sakit asqırmaq üçün burnunuzu çimdikləməməlisiniz! “Zərbə dalğası” nazofarenksin, qida borusunun və hətta beynin damarlarını zədələyə bilər.

Malinovskaya bildirib bunu.

Diqqətli olmaq və mikrobların başqalarına keçməsinin qarşısını almaq istəyirsinizsə, ağzınızı ovucunuzla deyil, əyilmiş qolunuzun dirsəyi ilə örtməlisiniz. Bunu da başa düşmək lazımdır ki, asqırma maneələri orqanizmdən xilas olan mikrobların onu tərk etməsinə mane olur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə