Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, idarə Ufada, dəmiryol vağzalında “Amerika Staffordshire Terrier” cinsli itini atıb gedən şəxslə bağlı araşdırmalara başlayıb.
Qeyd olunur ki, əvvəlcə kişi heyvanı qatara mindirmək istəsə də, bələdçilər iti içəri buraxmaqdan imtina ediblər. Sonra sahibi iti hədiyyə dükanına aparıb və orada satıcıdan it istəyib-istəmədiyini soruşub.
İmtina olunduqdan sonra sahib itini qadına verərək gedib.
…Bununla belə, it yenə də ailəsinə qayıdıb. Belə ki, satıcı qadın heyvanı Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Xətt İdarəsinin əməkdaşlarına təhvil verib, onlar itin sahibinin kimliyini müəyyənləşdirib və onun qohumları ilə əlaqə saxlayıblar.
Qeyd edək ki, it sahibi bu hərəkətini bələdçilərin iti vaqona buraxmamaları ilə əlaqələndirib.
Hazırda faktla bağlı araşdırma aparılır, nəticəyə əsasən vəziyyətə müvafiq hüquqi qiymət veriləcək və prosessual qərar qəbul ediləcək.
Bu, Daxili İşlər Nazirliyindən bildirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB