Moskvanın şərqində Taqilskaya küçəsindəki yaşayış binasının girişində üç uşaq, pişik və iti olan qadın məskunlaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya Pravda.Moskva” yazıb.
İlkin məlumatlara görə, qadın həmin binada mənzil kirayə verib, başqa ərazidə isə daha ucuz mənzil kirayələyib. Bir müddət sonra o, uşaqları və ev heyvanları ilə birlikdə kirayə qaldıqları yerdən qovulub.
Jurnalistlər çoxuşaqlı ananın mərtəbələrdən birinin girişinə mebel, çanta və s. əşyalar qoyduğunu görüblər.
Evin sakinləri jurnalistlərə bildiriblər ki, uşaqlar geniş ümumi eyvanın girişində elə yerdən yatırlar. Eyni zamanda, körpələrin harada və necə yemək yediyi, yuyunduğu məlum deyil.
Bunun fonunda qonşular polisə və qəyyumluq orqanlarına müraciət ediblər.
Paytaxt prokurorluğu məsələ ilə maraqlanıb və araşdırmalara başlayıb
Qeyri-rəsmi versiyalardan birinə görə, qadın fırıldaqçıların qurbanına çevrilə bilərdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB