...Məlum olub ki, pomidor şirəsi bir çox bakteriyaları, o cümlədən tif xəstəliyinə səbəb olan salmonella tifini (Salmonella typhi) bakteriyasını öldürə bilir.
SİA xəbər verir ki, “Techexplorist” saytının məlumatına görə, ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları həzm sistemi və sidik yollarının sağlamlığına zərər verən bakteriyaları, o cümlədən 21 milyon xəstəliyə və 200 min insanın ölümünə səbəb olan tifin “Salmonella typhi” bakteriyasını pomidor şirəsinin öldürə biləcəyini müəyyən ediblər.
Kornell Universitetinin mikrobiologiya və immunologiya üzrə professoru Çonmin Son (Jeongmin Song) sözügedən mövzu ilə bağlı deyib: "Araşdırmamız göstərdi ki, pomidor və suyu Salmonella kimi bağırsaq bakteriyalarını öldürə bilir."
Tədqiqatın təfərrüatları Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən çıxan “Microbiology Spectrum” qəzetində dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB