...Bu arada Nijni Novqorod sakini beş sutkalıq inzibati həbs alıb. Səbəb isə onun göy qurşağının yeddi rənginə boyanmış qurbağa şəkilli sırğa taxması olub.
SİA-nın əldə etdiyi məlumata görə, dekorasiya yoldan keçənlərin - ehtimal ki, Rusiyada qadağan olunmuş "Kişilər dövləti" hərəkatının tərəfdarlarının da narazılığına səbəb olub.
Qeyd edək ki, yanvarın 29-da Nijni Novqorod kafelərindən birində çəkilmiş video “Kişi dövləti”nin qurucusu Vladislav Pozdnyakova məxsus teleqram kanalında yayılıb.
Videonun müəllifləri sırğalı qıza və sinəsində bir neçə nişan, o cümlədən biri Ukrayna bayrağı şəklində olan rəfiqəsinə yaxınlaşıblar. Naməlum şəxslər kobud şəkildə “qadağan olunmuş simvolları” çıxarmağı tələb ediblər. Bu da alınmayanda nişanı onun paltarından zorla cırıb çıxarıblar.
Bundan sonra qız Ekstremizmə Qarşı Mübarizə Mərkəzinə söhbətə çağırılıb və hüquq müdafiəçilərinin bildirdiyinə görə, vəkilinin səylərinə baxmayaraq, məhkəmə onun orada saxlanmasına qərar verib.
...Ertəsi gün məhkəmə ekstremist təşkilatın simvollarının açıq nümayişi maddəsi ilə 5 sutka həbs qərarı çıxarıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB