Ayda nəhəng teleskop qurmaq təklif edildi

NASA Goddard Kosmik Uçuş Mərkəzi Ayda nəhəng Stellar Imager teleskopunun qurulmasını təklif edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.

Görünən və ultrabənövşəyi dalğa uzunluqlarında işləyən interferometr çoxsaylı teleskoplardan ibarət olacaq. Teleskoplar Ayın görünməyən tərəfində işləyə, ulduzların və onların ətrafının təsvirlərini əldə edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə