Putin axsaq Lukaşenkonu xokkey oynamağa dəvət edib...

...Deməli, Belarusun bəzi saytları Lukaşenkonun Putinlə birgə səfərinin hələ də davam etdiyindən yazırlar. Onların dediyinə görə, dünən Kreml rəhbəri Belarus həmkarını Sankt-Peterburqdakı “SKA Arena” xokkey arenasına dəvət edib.

Onlar arenaya yenidən birgə baxış keçirdikdən sonra, Putin ona buz üzərinə çıxmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, amma Vladimir Vladimiroviç burada bir məqamı nəzərdən qaşırıb.

Belə ki, bir müddət bundan əvvəl SİA da olmaqla bir çox saytlar Lukaşenkonun... o gün kənddə odun yararkən vurub ayağını yaraladığı barədə yazmışdı. Yəni Lukaşenko hələ də bizlərdə deyildiyi kimi, ayağını çəkə-çəkə yeriyir.

Yəqin Putin bunu nəzərə almayıb.

Qeyd edək ki, jurnalistlər Lukaşenkonun buz sarayına səfəri zamanı “soyuqdan”(?) titrədiyini görüblər.

Təbii...yaxşı hal deyil ki, görməsinlər..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə