Səhər üzləri şişmiş yuxudan oyananlar bu vəziyyətin nə qədər bezdirici olduğunu bilirlər. SİA xəbər verir ki, səhər üzün şişməsinin səbəbləri insandan insana dəyişə bilər. Bəzi günlər üzünüz şişmiş halda oyana bilərsiniz, bəzi günlər üzünüz heç şişməyə də bilər.
Üzdəki şişginliyin səbəbləri nələrdir?
Yuxu vəziyyəti: Səhərlər üzdə şişkinliyin ən çox görülən səbəblərindən biri yuxu vəziyyətidir. Qarın üstə yatmaq və ya yan yatmaq üzün qırışmasına və şişməsinə səbəb ola bilər. Buna görə də üz ödəminin qarşısını almaq üçün arxa üstə yatmağı məsləhət görürük.
Bədəndə su tutma: Suyun tutulmaması üçün axşam yeməyində duzu azaltmağınızı tövsiyə edirik. Axşam soda içmək, duzlu balıq, pendir yemək bədəninizdə mayenin tutulmasını artırır. Gecə yatmazdan əvvəl natrium istehlakını azaltmalısınız.
Makiyajlı yatmaq: Bu vərdiş səhərlər qüsursuz görünməyinizə mane ola bilər. Dəri makyajını silməmək və göz makyajı ilə yatmaq dərinizin yağlanmasına səbəb ola bilər. Makyajla yatanlar səhər gözlərini açmaqda çətinlik çəkir və dəri qüsurları ilə qarşılaşa bilərlər. Bunun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq dərinizi təmizləməli və nəmləndirməlisiniz.
Menstruasiya dövrü: Bu zamanlarda qadınlar səhərlər üzlərinin daha şişmiş göründüyünü hiss edirlər. Bədənimiz menstruasiya zamanı daha çox maye saxladığından, ödəm və şişməyə meyilli olur. Bu təsirləri yalnız menstruasiya başlamazdan 1-2 gün əvvəl görə bilərsiniz. Sonra bədəninizdəki ödəm öz-özünə yox olacaq.
Allergiya: Səhər dərinin şişməsi ilə oyanmağın səbəblərindən biri də allergiyadır. Toz, lələk və polen alerjisi olan insanlar səhər saatlarında qırmızı və şişkin görünə bilər. Səhər başlayan asqırmalardan sonra üzünüzün daha da qızarmasına və şişməsinə səbəb ola bilər.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB