Su böyrəklərdəki zəhərli toksinlərin atılmasını dəstəkləyir və böyrəklərin fəaliyyətini təmin edir. Bədənimizdəki elektrodlar qan təzyiqini balanslaşdırmağa kömək edir, su isə bu elektrodları daşımağa və balanslaşdırmağa kömək edir.

Qidanın səmərəli şəkildə həzm olunmasını və həzm sistemi vasitəsilə hərəkət etməsini təmin edir, immunitet sistemini gücləndirir, bədəni canlı saxlayır. Bədəndəki hər bir sistemin düzgün işləməsi üçün suya ehtiyacımız var. Çünki bədənimiz 50-60% sudan ibarətdir.

Bildirək ki, bədənimizdə 1% suyun itirilməsi bizi susuzlaşdırır.
Bədənimizdə 5% su itkisi yüngül qızdırmaya səbəb olur.
Bədənimizdə 10% su itkisi dilin şişməsinə, böyrəklərin tükənməsinə, əzələ spazmının başlamasına və yerimənin qeyri-mümkün olmasına səbəb olur.
Bədənimizdə 20% su itkisi dərinin çatlamasına, orqanların fəaliyyətini dayandırmasına və ölümə səbəb olur.
Lazım olduğundan çox su istehlak etmək zərərlidir.
Nə çox az, nə də çox su istehlak etməliyik.
Gündəlik 1,5-2 litr su bədəndəki normal ehtiyaclarımızı ödəyir.
Müntəzəm olaraq idmanla məşğul olanların gündə 2,5-3 litr su içməsi tövsiyə olunur.
Hər gün 2 saat idman edənlərin gündə 3-4 litr su içməsi tövsiyə olunur.
Bu səbəblərdən bədənimizin gündəlik su ehtiyacını qarşılamaq çox vacibdir.
İnsan orqanizminin 50-60%-ni, beynin 95%-ni, ağciyərlərin 90%-ni təşkil edən su həyat mənbəyidir. Bədənimizdəki heç bir orqan su olmadan öz fəaliyyətini yerinə yetirə və səmərəli işləyə bilməz.

Bədənimizdə suyun miqdarının 2% azalması belə yorğunluq, diqqətsizlik və xəstəliklərə səbəb olur.

Ac qarına su içməyin fayadaları nələrdir?

Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksinlərdən xilas olmaq və bədənimizin ehtiyacı olmayan maddələri xaric etmək üçün idealdır. Beləliklə, hər günün əvvəlində su maddələr mübadiləsimizi sürətləndirir və xəstəliklərdən qorunmağa kömək edir.

Gecələr bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün çalışır. Odur ki, səhərlər acqarına bir stəkan su içmək, tullantıların sidiklə xaric olmasını təmin edəcəyi üçün çox faydalıdır.

Acqarına bir və ya daha çox stəkan su içmək; Alkoqol, tütün, çirklənmə və qidalanma nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

Su dərimizin ən yaxşı dostlarından biridir və dəri sağlamlığı üçün çox faydalıdır. Ac qarına 2 stəkan su içmək dərimizin elastikliyini və gərginliyini qoruyub saxlamağa kömək edir və vaxtından əvvəl qırışların yaranmasının qarşısını alır.

Səhər su içmək həyati vacib orqanlarımızı nəmləndirir və onların sağlam işləməsinə kömək edir.

Aç qarına 2-3 stəkan su içmək arıqlamağa kömək edir. Su bədəndən toksinləri çıxarmaqla yanaşı, yağ və kalorilərin yandırılmasına da kömək edir. Bundan əlavə, aclıq hissini boğaraq, lazımsız və həddindən artıq yeməyin qarşısını alır.

Səhər su içmək bizi infeksiyalardan qoruyur və limfa düyünlərimizin və bağırsaq traktının sağlamlığını qorumaqla və kortizol səviyyələrimizə nəzarət etməyimizə kömək etməklə ümumi sağlamlığımıza töhfə verir.
Aç qarına bir stəkan ilıq su içmək günə enerji ilə başlamaq üçün yaxşı bir yoldur. Səhərlər yaşaya biləcəyimiz yuxululuğu və yorğunluğu aradan qaldırmağa kömək edir.

Səhər yeməyindən əvvəl su içmək bağırsaq hərəkətlərimizi stimullaşdıraraq qəbizliyin qarşısını alır.

Əgər qastrit və buna bənzər problemlər yaşayırsınızsa, su ən yaxşı köməkçilərinizdən biri ola bilər. Ac qarına ən azı 3 stəkan su içmək mədədəki turşu səviyyəsini azaltmağa və qastritə səbəb olan krampları aradan qaldırmağa kömək edəcək.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə