Yaponiyada 100 yaşına çatan və bu həddi keçənlərin sayı tarixdə ilk dəfə olaraq 92 mini keçib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün Doğan Günəş ölkəsində yüz yaşına çatmış və ya keçmiş 92 139 nəfər yaşayır.
Qeyd edək ki, yüzilliklərin 89 faizini qadınlar təşkil edir. Yaponiyada yüz yaşa qədər yaşayan insanların sayı son altmış il ərzində hər il artır.
Onu da qeyd edək ki, 2023-cü ildə yarım min yaponiyalı yüz yaşını qeyd edib.
Yeri gəlmişkən, Yaponiyada gözlənilən ömür uzunluğunun sürətlə artması 1963-cü ildə, Yaşlılar üçün Sosial Təminat Aktı qəbul edildikdən sonra başlayıb. Belə ki, bundan sonra ölkədəki yüzilliklərin sayı da artmağa başlayıb. Belə ki, o vaxtdan bəri onların sayı altı yüz dəfə artıb.
Xatırladaq ki, yüzilliklərin sayına görə Yaponiya dünya lideridir.
Belə ki, əhalinin hər 100 min nəfərinə yüz yaşdan yuxarı 73 nəfər düşür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB