Popkornu belə istehlak etmək təhlükəlidir - DİQQƏT

Demək olar ki, hər kəs kinodan həzz almağın əvəzsiz hissəsi olan popkornu sevir. Ona görə də, popkorn hazırlayarkən nəzərə alınmalı bəzi məqamlar var. SİA xarici mətbuata istinadən xəbər verir ki, popkorn yeyərkən edilən səhv ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Popkorn ləzzətli qəlyanaltı olsa da, istehlak edərkən diqqətli olmasanız, bu ləzzətli qəlyanaltı zəhərə çevrilə bilər.

Edilən səhvləri təqdim edirik:

Birbaşa hazırlamaq üçün satılan hazır popkorn paketləri var. Bu paketləri mikrodalğalı sobada isidərək istehlak edə bilərsiniz. Lakin popkornu bu şəkildə mikrodalğalı sobada qızdıraraq istehlak etmək qalxanabənzər vəziyə zərər verir. Mütəxəssislər diqqət əskikliyinə də səbəb olan bu vərdişdən uzaq durmağı məsləhət görürlər. Popkornu az yağlı tavada hazırlayıb yemək daha sağlamdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə