Kəskin qarın ağrısı şikayəti ilə xəstəxanaya gələn qadın...doğub
Rostov-na-Donuda yerli sakin kəskin qarın ağrısı şikayəti ilə xəstəxanaya gəlib və bir saat sonra uşaq dünyaya gətirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya vilayətinin Səhiyyə Nazirliyinin Telegram kanalı yayıb.
Xəstə həkimlərə, onda uşaqlıq mioması və assit olduğundan şübhələndiyini bildirib.
Lakin həkimlər rus qadının qoyduğu diaqnozda səhv olduğunu bildiriblər.
Qeyd edək ki, daha əvvəl Tulada 34 yaşlı qadına nadir rast gəlinən anomaliya diaqnozu qoyulmuşdu - ektopik və uşaqlıq hamiləliyinin eyni vaxtda olması. Vanikino xəstəxanasının həkimləri əməliyyat keçirərək həm hamilə qadının, həm də onun bətnindəki uşağın həyatını xilas ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB