Hansı mürəbbə yaxşıdır: mağazadan alınmış, yoxsa evdə hazırlanmış?
Bu arada rusiyalı diyetoloq İrina Berejnaya evdə hazırlanmış mürəbbə ilə mağazada alınmış mürəbbə arasındakı fərqdən danışıb.
Onun sözlərinə görə, evdə hazırlanmış mürəbbənin şübhəsiz ki, üstünlükləri var.
Diyetoloqun dediyinə görə, qida sənayesi müəssisələrində uzunmüddətli istilik müalicəsinin tətbiqi nəticəsində mürəbbənin tərkibindəki bütün təbii vitaminlər məhv olur.
Berejnayanın dediyinə görə, əgər mağazada alınmış məhsulda vitaminlər varsa, onlar sonradan əlavə edilənlərdir.
Bu vaxt, minimal istilik müalicəsi səbəbindən evdə hazırlanmış mürəbbədə daha çox qida maddəsi qalır. Bundan əlavə, evdə hazırlanan məhsul antioksidanlarla zəngindir və daha çox lif ehtiva edir.
SİA xatırladır ki, əvvəllər diyetoloq Olqa Malyarova kilo almamaq üçün səhər yeməyini necə düzgün yemək lazım olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB