Çin alimləri tərəfindən aparılan araşdırma, pivənin bağırsaq sağlamlığına və mikrobiomuna bir çox məşhur probiyotiklərdən daha yaxşı təsir göstərə biləcəyini müəyyən edib.
SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat pivə ilə bağırsaq mikrobiomu arasında əlaqəni aşkar edib, həmçinin pivənin immunitet sisteminə müsbət təsirini qeyd edib. Alimlər pivənin immun müdafiəsini stimullaşdırmağa və toxunulmazlığı tənzimləməyə kömək edən polifenollar və lif kimi faydalı komponentlərini xüsusilə vurğulayıblar.
Məlum olub ki, pivə ateroskleroz və ürək xəstəliklərinin inkişafının qarşısını almağa kömək edir, həmçinin xərçəng əleyhinə və antioksidant təsir göstərir. Bundan əlavə, pivə qan dövranını yaxşılaşdırır və radiasiya zərərinin qarşısını alır. Polifenollar, öz növbəsində, bağırsaqlardakı mikroorqanizmlərə təsir edərək, faydalı floranın böyüməsini təşviq edir.
Amma, “NO”!..
Yəni bununla belə, alimlər pivənin tərkibindəki spirtə görə potensial zərərləri barədə də xəbərdarlıq edirlər
Yenə də...amma buna baxmayaraq, kişilərin gündə təxminən iki 340 ml 5 faiz pivə içməsi tövsiyə olunur, qadınlar üçün isə bir bakal kifayətdir.
Bundan əlavə, elm adamları qeyd edirlər ki, alkoqolsuz pivə oxşar faydalı xüsusiyyətlərə malikdir, çünki etil spirtini çıxardıqdan sonra bioaktiv maddələri saxlayır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB