Bilirsinizmi, həddən artıq üzüm yemək, sən demə, arzuolunmaz nəticələrə səbəb ola bilərmiş.
SİA-nın əldə etdiyi məlumata görə, alimlər bu məhsulun istehlakını kimin və nə üçün məhdudlaşdırmalı olduğunu danışıblar.
Mütəxəssislərin fikrincə, üzümün tərkibində salisilik turşu var deyə bu həzm problemləri, mədə-bağırsaq traktının iltihabı, qarın ağrısı, ishal və şişkinlik yarada bilər.
Qeyd edək ki, turşuluğu yüksək olan turş və yetişməmiş meyvələr xüsusilə təhlükəlidir.
Üzüm həm də hamilə qadınların sağlamlığına zərər verə biləcək güclü polifenolları ehtiva edir.
Onu da bildirək ki, üzüm yeməyin nəticəsi uşaqlarda boğulma ola bilər, bu, uşaqların dişləməyi və udmağı öyrənmə mərhələsində ümumi problemdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB