Leninqrad vilayətində yaşlı kişi onunla içki içmək istəməyən iki yeniyetməni döyüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər şey Yanino şəhərindəki Hollandskaya küçəsində baş verib. Belə ki, küçədə bir kişi 15 yaşlı məktəbli və onun sevgilisinə yaxınlaşaraq onlara içki təklif edib.
Məktəblilər bundan imtina edib və cavab olaraq kişi onları təhqir etməyə başlayıb. Bu vaxt oğlan yaşlı kişidən qızdan üzr istəməsini tələb edib ki, bu da dava ilə nəticələnib.
Alkoqol aludəçisi olan yaşlı kişi yeniyetmələri bir neçə dəfə təpikləyib. Nəticədə oğlan üçün təcili yardım maşını çağırmalı olublar.
Hazırda hücum edən şəxs axtarılır.
Qeyd edək ki, ğtən gün Nijni Novqorodda bir qrup kişi saçlarının rənginə görə yeniyetmələrə hücum etmişdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB