Süni intellekt kişilərin 7 faizinə təsir edən sonsuzluğun müalicəsində mühüm rol oynaya bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkim Steven Vasilesku, komandası ilə birlikdə hazırladığı süni intellekt proqramının ciddi sonsuzluq problemi olan kişilərdən alınan nümunələrdə sperma aşkarlanmasını 1000 dəfə sürətləndirə biləcəyini söyləyib. Biotibbi mühəndis olan Vasilesku qeyd edib ki, insan gözü hələ nəyə baxdığını anlamadan süni intellekt istifadə oluna biləcək spermanı aşkar edə bilər.
“SpermSearch” adlandırdıqları süni intellekt, sonsuz kişilərin yüzdə 10-nu təşkil edən və xayasında heç bir sperma olmayan kişilərin uşaq sahibi olmasını asanlaşdırma potensialına malikdir. Bu hallarda adətən xayanın bir hissəsi cərrahi yolla çıxarılır, laboratoriyaya aparılır və embrioloqlar mikroskopla bu toxumada sperma axtarırlar. Əgər sperma tapsalar, götürülür və yumurtaya vurulur.
Həkim Vasilesku deyir ki, bu prosesdə birdən çox adam 6-7 saat işləməlidir: “Çünki yorğunluq səbəbindən səhv diaqnozlar qoyula bilər. Bir embrioloq mikroskopun içinə baxdıqda çoxlu hüceyrələrdən ibarət içində qan və toxumalar olan bir quruluş görür. Milyonlarla hüceyrə arasında yalnız 10 sperma ola bilər. Bu, samanlıqda iynə axtarmaq kimidir. “SpermSearch” isə nümunələrin fotoşəkillərini araşdıraraq saniyələr ərzində sağlam sperma müəyyən edə bilir. Bunun üçün Vasilesku süni intellektə toxumalar arasında tapılan spermanın minlərlə fotoşəkili ilə təlim keçib.
Süni intellekt embrioloqlara kömək etmək məqsədi daşıyır, onların işini əlindən almaq deyil.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB