İndiyə qədər hansı ölkələr Aya səyahət edib? Yaxın gələcəkdə nə olacaq?
Milyonlarla işıq ili uzaqlıqdakı qalaktikaları görüntüləyə bilsək də, ən yaxın qonşumuz olan Ay hələ də sirlərlə doludur.Bu sirləri aradan qaldırmaq və peykimizdə yaşayış sahəsi yaratmaq üçün Aya pilotlu və pilotsuz missiyalar davam edir. Bəs indiyədək hansı ölkələr Aya səyahət edib və yaxın gələcəkdə nələr olacaq?
''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində indiyədək hansı ölkələrin Aya səyahət etdiyini qiymətləndirəcəyik.
Ay Yer kürəsinin ən yaxın qonşusudur və dünyanın bir neçə ölkəsi tərəfindən həyata keçirilən bir çox kosmik missiyaların əsas hədəfi olmuşdur.
Artıq biz bəşəriyyətin növbəti on il ərzində Ayda koloniya qurmağa başlaya biləcəyi yeni dövrün başlamasına yavaş-yavaş yaxınlaşırıq.
Bu, ölkələrin öz resurslarını, texnologiyalarını və təcrübələrini paylaşa biləcəyi beynəlxalq əməkdaşlıqlara ehtiyacı var.
SİA-nın əldə etdiyi məlumata görə, bu günə qədər 11 ölkə və təşkilat Aya kosmik gəmi göndərməyə nail olub.
Bu ölkələr Sovet İttifaqı/Rusiya, ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail, İtaliya, Lüksemburq, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Avropa Kosmik Agentliyi tərəfindən təmsil olunan Avropa İttifaqıdır.
Aya enişlər, kosmik gəminin enmə sürətindən asılı olaraq sərt eniş və ya yumşaq eniş kimi təsnif edilir.
Yumşaq eniş kosmik gəmi təhlükəsiz və yavaş sürətlə endikdə baş verir. Bu növ eniş pilotlu missiyalarda və ya gəminin enişdən sonra elmi ölçmələr və ya sınaqların keçirildiyi missiyalarda böyük əhəmiyyət kəsb edir.
İndiyədək yalnız üç ölkə Aya yumşaq eniş edib. Bu ölkələr ABŞ, Rusiya və Çindir.
Çoxsaylı ölkələr ya aktiv kosmik proqramlara malikdirlər, ya da özəl olaraq maliyyələşdirilən kosmik proqramlara ev sahibliyi edirlər və buna görə də 2030-cu ilə qədər Aya pilotlu və ya pilotsuz yumşaq enişi tamamlayacaqlar. Bu ölkələrdən biri də Türkiyedir.
Türkiye qarşıdakı 10 ildə Aya sərt və yumşaq eniş həyata keçirəcək.
Raket üç günlük səyahəti ilə bağlı məlumatları toplayaraq dünyaya ötürəcək. 2028-ci ildə yumşaq enişlə Türkiye Ayda elmi fəaliyyət həyata keçirə bilən azsaylı ölkələrdən biri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



