İlanlar ac qarnına nə qədər dayana bilər? - MARAQLI FAKTLAR

İnsanlardan fərqli olaraq, yetkin ilanlar növdən asılı olaraq bir neçə ay qidasız yaşaya bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bir çox ilan növləri ovlarını həzm etmək üçün 3-5 gün çəkir. İlan və ov nə qədər böyükdürsə, bu müddət bir o qədər uzun olur.

İlanlar soyuqqanlı olduqları üçün enerjilərini məməlilər qədər tez sərf etmədikləri üçün tez-tez yeməyə ehtiyac duymurlar. Xüsusilə qəfəsdə ilanlar çox az qidalanır. Kiçik və cavan ilanlar həftədə bir dəfə, yetkin ilanlar isə ayda bir dəfə yemək yeyirlər. Nəhəng pitonlar və anakondalar aylarla yeməksiz qala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə