Deməli, çoxlarının sevdiyi məhsulun fiqur üçün zərərli olduğu meydana çıxıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kokos yağı piylənməyə səbəb ola bilər.
Bunu Braziliyanın Campinas Dövlət Universitetinin tədqiqatçıları aşkar ediblər.
Alimlər siçanlar üzərində bir sıra təcrübələr aparıblar. Belə ki, onlar gəmiricilərin yeməyinə 13 qram kokos yağı əlavə ediblər. Təcrübə səkkiz həftə davam edib.
Tədqiqatçılar müəyyən ediblər ki, siçanlar qida qəbulunda, çəki artımında, narahat davranışlarda, mərkəzi sinir sisteminin, piy toxumasının və qaraciyərin iltihabında əhəmiyyətli dəyişikliklər göstərib.
Toxluq hissi və qan şəkərinin səviyyəsinə nəzarət üçün cavabdeh olan əsas metabolik hormonlar olan leptin və insulinin qabiliyyəti də pozulub.
Mütəxəssislər belə qənaətə gəliblər ki, kokos yağının uzun müddət istifadəsi piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edən əhəmiyyətli metabolik dəyişikliklərə səbəb ola bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB