Patriarx Yerdə həyatın kosmosdan yaranması fərziyyəsindən danışıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Donskoy Stavropegial Monastırında keçirilən liturgiyadan sonra Yer kürəsində həyatın kosmosdan yaranması fərziyyəsindən danışıb.

Onun sözlərinə görə, Yerdəki həyatın “qum dənəsindən”, “bir növ bakteriya”nın kosmosdan yarandığına inanmaq çətindir.

“…Fikirləşin: bəli, ən azı 24 milyard, ən azı 100 milyard daş heç vaxt insan həyatına çevrilməyəcək, amma çevrilib”.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, bunu Pravoslav Kilsəsinin rəhbəri bildirib.

Patriarx Kirill həmçinin ilahiyyat məktəblərinin müəllim və tələbələrini tədris ilinin başlanması münasibətilə təbrik edib.

Ruhani rəhbərin dediyinə görə, insanlara və Allaha məhəbbət olmasa, elm sahəsində bütün səylər mənasız olur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə