Ovçular nəhəng timsahla altı saat mübarizə aparıblar

ABŞ-da timsah ovçuları dörd metrlik fərdi tutaraq Missisipi ştatında yeni rekorda imza atıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə WFTV məlumat yayıb.

Qeyd edək ki, nəhəng timsah 4 timsah ovçuları tərəfindən tutulub. Belə ki, ovçular böyük bir timsah tapmaq üçün avqustun 25-i cümə günü axşam Yazoo çayına ova çıxıblar.

Onlar bir neçə üç metrlik sürünənlərlə qarşılaşdıqlarını, lakin əvvəlki nailiyyəti məğlub etmək niyyətində olduqlarını və onlara yaxınlaşmadıqlarını söylədilər. Tezliklə ovçular əslində daha uzun bir timsah görüblər.

Sonradan timsahın çox güclü olduğu ortaya çıxıb, o, bir neçə dəfə qarmaqdan düşə bilib və suyun altın çəkilərək gizlənib. Buna baxmayara amerikalı ovçular onunla altı saatdan çox vuruşublar.

Və nəhayət onlar uzunluğu 4,3 metr, çəkisi 364 kiloqram olan alliqatoru tutublar.

Onu da qeyd edək ki, bu timsah 2017-ci ildə tutulan əvvəlki ən uzun Missisipi alliqatorundan yeddi santimetr uzundur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə