Şəhərətrafı qəsəbələrdə yaşlı bir kişi göbələk üçün meşəyə gedib və… skeletləşmiş insan cəsədi ilə qarşılaşıb.
SİA-nın REN TV-dən əldə etdiyi məlumata görə, göbələk yığan şəxs çərşənbə axşamı, avqustun 29-da səhər saatlarında Dmitrovski rayonunda, Dyadkovo kəndi yaxınlığındakı ərazidə dəhşətli kəşf edib.
Qorxuya düşən təqaüdçü dərhal polisə müraciət edib. Hadisə yerinə gələn ekspertlər göbələk yığan şəxs tərəfindən tapılan adam skeletinin iki ildən artıqdır ki, dünyasını dəyişdiyini müəyyən ediblər.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, bundan bir müddət əvvəl əvvəl Moskva mənzillərindən birində təmir işləri aparılarkən… 5 il əvvəl ölən kişinin skeletini tapmışdılar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB