Düzgün pəhriz qursanız və bir sıra zərərli qidalardan imtina etsəniz, gəncliyi uzada bilərsiniz.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı diyetoloq Natalya Silina deyib.
Həkimin dediyinə görə, əgən tez qocalmaq istəmirsinizsə, onda tərkibində çoxlu doymuş yağ və əlavə şəkər olan qidalardan, yəni şokoladlı süddən, ətirli şirin kəsmik və qatıqdan, kolbasadan, mayonezdən və sənaye dondurmasından imtina etməlisiniz.
Həkim qeyd edib ki, ümumiyyətlə şəkər yeməmək və ya istehlakı gündə maksimum 4 çay qaşığı qədər azaltmaq daha yaxşıdır. O, həmçinin əlavə etdi ki, duz qəbulunu da azaltmaq lazımdır - gündə 5 qramdan çox icazə verilmir.
Bu tövsiyələrə əməl etsəniz, xərçəng, ürək-damar xəstəlikləri, demans inkişaf riskini azalda bilərsiniz. Fiziki məşq və stressi məhdudlaşdırmaq da son dərəcə vacibdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB