Bir çox qida və vitamin əlavələrində olan B6 vitamini sinir və immun sistemimizdə olduqca əhəmiyyətli funksiyaları yerinə yetirir. B vitamini ailəsindən olan B6 vitamini 8 vitamindən yalnız biridir. Həyati funksiyalar üçün son dərəcə zəruri olan B6 vitamini çatışmazlığı yorğunluq, dil və dəri çatlaması, unutqanlıq və dəri problemləri kimi əlamətlərlə nəticələnə bilər. B6 vitamininin adekvat və balanslı qəbulu, yuxusuzluqdan tutmuş əzələ sancıları və damar dartılmalarının qarşısının alınmasına qədər bir çox problemlərin müalicəsində faydalıdır və sağlamlığımız üçün son dərəcə vacibdir.
Maraqlıdır, həyati əhəmiyyətli B6 vitaminində nələr var?
Suda həll olunan vitamin olan B6 vitamini zülal mübadiləsində və həmçinin neyrotransmitterlərin (neyronlar və hüceyrələr arasında əlaqəni quran kimyəvi maddələr) sintezində koenzim (hüceyrələr arasında elektron mübadilə zəncirində köməkçi amil) rolunu oynayan bir vitamin növüdür. Bu vitamin 100-ə yaxın ferment reaksiyasında təsirli olduğu üçün çoxyönlü və olduqca vacib vitamindir. Sinir sistemi və fiziki sağlamlıq baxımından son dərəcə əhəmiyyətli olan B6 vitamini lazım olduğundan az qəbul edildiyi üçün fərqli problemlərimiz meydana çıxır.
Qidalar və qida əlavələri vasitəsilə qəbul edilən vitamin B6 həmçinin Piridoksin kimi təyin edilən pB6 vitaminidir, bu bədənin bir çox funksiyanı yerinə yetirmək üçün ehtiyac duyduğu bir vitamindir. Suda həll olunan bu vitamin zülal, yağ, qırmızı qan hüceyrələri və karbohidrat mübadiləsi və neyrotransmitterlərin əmələ gəlməsi üçün orqanizmə lazımdır. B6 vitamininin adekvat qəbulu sağlamlıq üçün vacibdir və xroniki xəstəliklərin qarşısının alınması və müalicəsində fəal rol oynayır.
Vitamin B6, beyin funksiyalarına və sinir kanalını təmin edən neyronların istehsalına təsir göstərir. Qlikogen və zülal mübadiləsində rolu olan B6 vitamini immunitet sisteminin öz funksiyasını yerinə yetirməsi üçün lazım olan bəzi zülalların sintezi üçün də vacibdir. Vitamin B6 qırmızı qan hüceyrələrinin istehsalı və həzm sisteminin sintezi üçün müxtəlif funksiyalara malikdir.
Əgər orqanizmdə B6 çatışmasa...
Pəhriz zamanı və ya əlavə olaraq B6 vitamini qəbul etməyin sağlamlığa bir çox faydası var. Mütəxəssislər tərəfindən təsdiqlənmiş B6 vitamininin sağlamlıq faydaları sırasına beyin sağlamlığını yaxşılaşdırması və alzheimer kimi beyin xəstəliklərindən qorunmağa kömək etməsi ilk sırada yer alır. B6 vitamini eyni zamanda hemoqlobin istehsalına töhfə verərək anemiyanın qarşısını alır və müalicə edir. Hamiləlik zamanı bulantıları müalicə etməyə kömək edir. Göz sağlamlığının qorunmasında təsirlidir. Həmçinin damar sağlamlığına faydaları var və ürək-damar xəstəliklərindən qoruyur. Qadınların menstruasiya dövründə baş verə biləcək menstrual sindromun (PMS) azalmasına kömək edir. Revmatoid artrit ilə əlaqəli iltihabın sağalmasını sürətləndirir. Əhval-ruhiyyəyə müsbət töhfə verir və depressiyanın qarşısını alır.
İstifadə etdiyimiz qidalardan kifayət qədər B6 vitamini almamaq, balanssız və nizamsız qidalanma, bədəndə B6 vitamini çatışmazlığına səbəb olur. Digər tərəfdən müxtəlif xəstəliklərə görə qida maddələrinin sorulması təmin olunmadığı üçün yenidən vitamin çatışmazlığı yarana bilər. Bu simptomları ümumi şəkildə sıralasaq bu əlamətlərə yorğun, ləng və enerjisi tükənmiş bir bədən, qırmızı qan hüceyrələrinin azalması nəticəsində yaranan anemiya, dəri səpgiləri, dodaqlarda çatlar, ağız və dodaq ətrafında quruluq və qabıqlanma şikayətləri, əllərdə, barmaqlarda və ayaqlarda uyuşma hissi, körpələrdə davamlı əhval-ruhiyyə və narahatlıq, immunitet sisteminin zəifləməsi səbəbindən yoluxucu xəstəliklər riskinin artması, hamiləlik dövründə səhərlər olan ürəkbulanmalarda qeyri-adi artım, unutqanlıq, diqqəti cəmləyə bilməmək kimi simptomlar daxildir.
Vitamin B6 bir çox qida qrupuna daxil olan bir vitamin növüdür. Heç bir sağlamlıq problemi olmayan, sağlam və adekvat qidalanan insanlar B6 vitamini ehtiyacını tam ödəyə bilirlər. B6 vitaminini qarşılamaq üçün meyvə, tərəvəz, paxlalılar, qoz-fındıq, ət və südün istehlakına diqqət yetirmək lazımdır.
B6 vitaminini necə qəbul edək?
B6 vitamini əksikliyini aradan qaldırmaq üçün həm qidalar, həm də B vitaminləri olan əlavələr kifayətdir, lakin B6 vitamini əlavəsinin yalnız həkiminizin tövsiyəsindən sonra qəbul etməyiniz son dərəcə vacibdir. B6 vitamini ilə zəngin qidalar mal əti, toyuq qaraciyəri, qızılbalıq, tuna kimi balıqlar, süd və süd məhsulları, quru paxlalılar, xüsusilə noxuddur. Həmçinin avokado və banan kimi meyvələr, sərt qabıqlı qoz-fındıq, yumurta, noxud, ispanaq, gül kələm, şirin kartof, yerkökü, tam taxıl məhsulları və zənginləşdirilmiş taxıllarda da B6 vitamini boldur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB