Rusiyadak; həvəskar Xokkey Liqasının "Maryinski Kabançiki" və "Metallurq" komandalarının hücumçusu Artem Melkumov Moskva kafesində sərxoş vəziyyətdə baş verən davadan sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

SİA TASS-a istinadən xəbər verir ki, hər şey avqustun 17-də Nijnyaya Radişşevskaya küçəsindəki kafedə baş verib. Belə ki, yeyib-içib sərxoş olan xokkeyçi…bizim o “intelegent” Həsən bəy kimi, hesabı ödəməkdən imtina edib.

Kafe işçiləri onu sakitləşdirmək üçün polis çağırıb. Lakin xokkeyçi polis məmurlarından birinin onun əlini qandallamaq istəyəndə onun barmağını dişləyib. Yarası kəsilmiş 26 yaşlı polis serjantı həkimlərə müraciət etməli olub.

Faktla bağlı hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb. Xokkeyçi hazırda ev dustaqlığındadır.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti əlavə edib ki, polis idarəsi xokkeyçi barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edib, onu cərimə və ya 15 ilədək müddətə inzibati həbs gözləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə