Böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 1981 metr dərinliklərində yaşayır
Tədqiqatçılar Antarktida sahillərində 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar ediblər. Tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağı var, rəngi bənövşəyi və tünd qırmızı arasında dəyişir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yeni kəşf edilən dəniz canlısının altındakı qollar kobud və zolaqlı, yuxarıdakılar isə tüklüdür.
Böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 1981 metr dərinliklərində yaşayır.
Qeyd edək ki, araşdırmanın təfərrüatları “Onurğasızların sistematikası” jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB