Moskva poliklinikalarından birinin həkiminə qarşı 7 cinayət işi açılıb. Polis Leninski prospektində yerləşən poliklinikanın 39 yaşlı əməkdaşının 6 xəstəni aldatdığını müəyyən edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həkim onlardan xaricdən gətirilən bahalı , yəni "importtnı" dərmanlarla müalicə üçün pul alıb, əslində isə ucuz dərmanlardan istifadə edib.
“MVD-media” xəbər verir ki, tibb işçisi həm də borc götürdüyü həmkarını aldatmaqda şübhəli bilinir.
“Təşəbbüskar həkim”in hərəkətlərindən zərər görənlərin ümumi məbləği 4 milyon rubldan çox qiymətləndirilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl yaşlı rus qadının şəxsi həyatını yaxşılaşdıracağını vəd edən “sehrbaz” həkim onu aldadaraq təxminən 2 milyon rublunu əlindən almışdı.
Sonea da deyirsiniz ki...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB