Yağan dolu üçün qar təmizləyən maşınlardan istifadə edilib
Almaniyanın Roytlinqen (Reutlingen) şəhərində təsirli olan güclü dolu səbəbindən yollar ağarıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, şəhər rəsmiləri dolunun yerdə qalınlığının, təxminən 30 santimetrə çatdığını, fırtına səbəbindən drenaj sistemlərinin tıxandığı, suyun yeraltı qarajlara və zirzəmilərə axdığını bildirib.
Yağan dolu üçün qar təmizləyən maşınlardan istifadə edilib.
İnsanlar doluya görə yeriməkdə, kuryerlər motosikletlərini işə salmaqda çətinlik çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB