Adi bir təsadüf mafiya başçısını ələ verib...

On bir ildir fərarilik edən italyan mafiya başçısı Vinçenzo La Porta Yunanıstanın Korfu adasında “Napoli” azarkeşlərinin tədbirinə qatıldıqdan sonra həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, La Porto sosial şəbəkələrdə yerli restoranlardan birində “Napoli” çempionluğunu qeyd etdiyi fotoda tanınıb.

Sonda Yunanıstan polisi ilə birgə aparılan araşdırma və müşahidədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu skuter sürərkən küçədə saxlayıb və həbs ediblər.

Qeyd edək ki, 60 yaşlı La Porta Neapolitan mafiya klanı Continiyə mənsub idi.

O, İtaliyada vergidən yayınma və digər maliyyə cinayətlərinə görə 14 il 4 ay həbs cəzasına məhkum edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə