İlk tibbi yardımı kimlər göstərə bilər

"İlk tibbi yardım müəyyən hallarda göstərilə bilər. Əgər bir insan dənizdə batma təhlükəsi yaşayıbsa, hər bir halda ona ilk tibbi yardım göstərilməlidir". Bu sözləri SİA-ya açıqlamasında həkim Namiq Nəbiyev bildirib.

Onun sözlərinə görə, ilk tibbi yardım orta məktəbdə Anatomiya dərsi keçərkən insanlara təlqin olunur: "Bəs ilk yardım nədən ibarətdir. Tutaq ki, xəstə suda batıbsa "ağzıüstdə" yerləşdirmək, qollarını hərəkət etdirmək, yarı oturu hala gətirmək və qarının çuxur hissəsindən, yəni, döş sümüyündən aşağı hissədə basmaqla o hissədən suyun ağ ciyərədən yuxarı qaytarılmasını təmin etmək lazımdır. Bundan başqa yol qəzaları baş verən zaman, ya da sudurğa kimi hallarda da ilk tibbi yardım göstərilməlidir. Yardım ondan ibarətdir ki, sudurğa keçirmiş insanın temperaturu qalxır, birdən-birə boğulma keçirir. Ən azından başa düşülməlidir ki, biz bu insana hansı formada kömək edərək, dilin qaçmasın, yəni, boğulmasının qarşısını ala bilərik. Məsələn, təzyiqi olan insanlara limon suyu verməklə belə ilk tibbi yardım göstərilir. Qaldı ki iynənin əzələ daxilinə vurulması kimi hallarda ən azından 6-7 ay kurs keçmiş, müdaxilələri öyrənmiş insan lazımdır. Əgər qəza zamanı ayaq yaralanıb və qanaxması varsa, bu zaman ayağın həmin hissəsinin necə bağlanmasını, bağlanan zaman üzərində hadisənin olduğu yer, zamanın qeyd olunmasının vacibliyini də bilməlidir. Bu, ona görədir ki, yəni xəstənin damarlarında daralma, çürümə kimi proseslərin qarşısı alınsın. Bu, qarşı tərəfə bildiriş üçündür. Yəni ilkin tibbi yardım bunlardan ibarətdir. Eyni zamanda, ailə quran gənclərə, xüsusilə də, xanımlara bu, ilkin tibbi yardımla bağlı məlumatlar verilməlidir ki, ən azından övladının problemlərini həll edə bilsin".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...