Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib

Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib

Mərkəzi Gömrük Hospitalının Ürək-damar Cərrahiyyəsi şöbəsinin damar cərrahı, t.ü.f.d. Səbuhi Dadaşov Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin (ESVS) 40-cı İllik Görüşündə iştirak edib. 6–9 oktyabr 2026-cı il tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilən beynəlxalq elmi tədbir dünyanın müxtəlif ölkələrindən damar cərrahlarını, tədqiqatçıları və səhiyyə mütəxəssislərini bir araya gətirib.
Damar və endovaskulyar cərrahiyyə sahəsində ən mühüm beynəlxalq elmi platformalardan biri hesab olunan ESVS 40-cı İllik Görüşündə müasir müalicə yanaşmaları, son elmi nailiyyətlər, innovativ texnologiyalar və klinik təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində aorta xəstəlikləri, periferik arterial xəstəliklər, karotid patologiyalar, venoz xəstəliklər, damar travmaları və damar cərrahiyyəsinin digər aktual istiqamətləri üzrə elmi sessiyalar, məruzələr və praktiki təlimlər təşkil olunub.
Qeyd edək ki, Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti (ESVS) damar cərrahiyyəsi və endovaskulyar müalicə sahəsində elmi biliklərin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qabaqcıl klinik təcrübələrin paylaşılması istiqamətində fəaliyyət göstərən aparıcı peşəkar təşkilatlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə